Bakı
Sumqayıt
Xaçmaz
İsmayıllı
Şəki
Kürdəmir
Ağstafa
Şəmkir
Gəncə
Bərdə
Ağcabədi
Ağdaş
Sabirabad
Biləsuvar
Masallı
Lənkəran
Sumqayıt
Biləsuvar
Ağcəbədi
Azeri map

AZƏRBAYCAN RESPUBLİKASI

  • ƏRAZİ: 86.6 KV.KM
  • ƏHALİ: 9,900,000
  • PAYTAXT: BAKI
  • PUL VAHİDİ: MANAT
  • DÖVLƏT DİLİ: AZƏRBAYCAN

QEYD: AZƏRBAYCAN RESPUBLİKASININ XƏRİTƏSİNİN BÖLGÜSÜ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 273 SAYLI 29 MART 2016-CI İL TARİXLİ SƏRƏNCAMI ƏSASINDA APARILMIŞDIR. 

PORTALIN MƏQSƏDİ: RESPUBLİKA MƏDƏNİYYƏT İNFRASTRUKTURUNU ƏHATƏ EDƏN VAHİD ELEKTRON MƏLUMAT BAZASININ YARADILMASI.

Bakı Regional idarəsi

Bakı

Bakı

Bakı Azərbaycan Respublikasının paytaxtı, ölkənin iri elmi-texniki, sənaye və mədəniyyət mərkəzidir. Azərbaycanın istənilən guşəsi tarixi-memarlıq nöqteyi-nəzərindən turistləri maraqlandıra bilər, lakin Bakının çoxsaylı abidələri turistlərdə xüsusi canlı maraq oyadır.

Sumqayıt Regional idarəsi

Abşeron, Sumqayıt, Xızı, Şuşa, Qubadlı, Zəngilan

Sumqayıt

Sumqayıt inzibati rayonu Xəzər dənizi qərb sahili boyunca duzənlik sahədə yerləşir.İnzibati rayon ərazisi Abşeron yarmadası ərazisinin 9495h-nı təşkil edir.Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5-20m/san təşkil edir. Şəhər ərazisindən Sumqayıt çayı axır.

Xaçmaz Regional idarəsi

Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən

Xaçmaz

Xaçmaz rayonu 1930-cu il avqust ayının 8-də inzibati ərazi kimi təçkil olunmuşdur. Rayonda 2 şəhər, 2 şəhər tipli qəsəbə, 147 kənd yaşayış məntəqəsi vardır. Xaçmaz rayonu daim ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.2010-cu ildə Xaçmaz rayonunun inzibati rayon kimi yaradılmasının 80 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə rayonun ictimai həyatında fərqlənən 12 nəfər xaçmazlıya müxtəlif fəxri adlar verilmişdir.

İsmayıllı Regional idarəsi

Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan

İsmayıllı

İsmayıllı rayonu xalq sənətinin ənənələri ilə zəngindir. Burada azərbaycanlılarla yanaşı digər xalqların və etnik qrupların nümayəndələri də yaşayır. Məsələn, Azərbaycanda tanınmış İvanovka kəndində buraya Rusiyadan sürgün edilmiş molokan nəsilləri yaşayır. Yerli sakinlər çox əməksevərdir və öz qədim mədəniyyətini və ənənələrini qoruyub saxlamışdır.

Şəki Regional idarəsi

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz

Şəki

Şəki rayonu Azərbaycanın ən maraqlı, orijinal və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki şəhəri – qarlı zirvələr fonunda Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir.

Kürdəmir Regional idarəsi

Xocavənd, Füzuli, Beyləqan, İmişli, Kürdəmir

Kürdəmir

Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi.Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.

Ağstafa Regional idarəsi

Tovuz, Ağstafa, Qazax

Ağstafa

Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km2 –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir.Ağstafa şəhərində fəaliyyət göstərən möhtəşəm Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən Gənclər Mərkəzi, Yay kinoteatrı, Səməd Vurğun adına parkda fəaliyyət göstərən "Yazıçılar Evi" müxtəlif tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün ən müasir standartlara cavab verən avadanlıqlarla təhciz edilmişdir.

Şəmkir Regional idarəsi

Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir

Şəmkir

Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır.

Gəncə Regional idarəsi

Xocalı, Kəlbəcər, Goranboy, Samux, Gəncə

Gəncə

Gəncə dahi Nizaminin vətənidir. Gəncədə olub, qarşısında mərmərdən 20 metr hündürlüyündə monumental abidəsi olan dahi şairin məqbərəsini ziyarət etməmək olmaz. Onun arxa tərəfində metaldan tökülmüş və Nizaminin əsərlərinin süjetlərini təsvir edən fiqurlar qoyulmuşdur. Şəhərdə muzeyə, təsviri incəsənət qalereyasına, poeziya teatrına Nizaminin adı verilmişdir. Qədim mədəniyyət şəhəri Gəncə çoxlu sayda memarlıq abidələri olan gözəl şəhər obrazını qoruyub saxlamışdır.

Bərdə Regional idarəsi

Tərtər, Bərdə, Yevlax, Mingəçevir

Bərdə

Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.

Ağcabədi Regional idarəsi

Laçın, Ağdam, Ağcabədi

Ağcabədi

Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.

Ağdaş Regional idarəsi

  • Ərazi: 1 050 km²
  • Əhali: 105 500 nəfər

Zərdab, Ucar, Göyçay, Ağdaş

Ağdaş

Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq muzeyi də mövcuddur. Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir.

Sabirabad Regional idarəsi

Hacıqabul, Şirvan, Saatlı, Sabirabad

Sabirabad

Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 150470. Kəndlərin sayı 74.Sabirabadin ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma,Qaraqaşl,Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar.

Biləsuvar Regional idarəsi

  • Ərazi : 1 397 km²
  • Əhali: 99200

Cəbrayıl, Biləsuvar, Salyan, Neftçala

Biləsuvar

    Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. SSRİ dövləti dağıldıqdan sonra 7 fevral 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır

Masallı Regional idarəsi

Yardımlı, Masallı, Cəlilabad

Masallı

Masallıda tarixi-diyarşünaslıq muzeyinin ekspozisiyasına baxmaq, ənənəvi xalq sənətinin məmulatları ilə: Musaküçə kəndində hörmə həsir, Türkoba kəndidə baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məmulatları, dağ kəndlərində palaz, corab, əlcək, Qəriblər, Kolatan, Sığdaş kəndlərində milli ornamentlə bəzədilmiş taxta alətlərlə tanış olmaq turistlər üçün maraqlı olacaqdır.

Lənkəran Regional idarəsi

  • Ərazi: 44.4000
  • Əhali : 5.000.00

Lerik, Lənkəran, Astara

Lənkəran

Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır.

Bizi facebook da tapın

Bakı

Bakı Regional idarəsi

Sumqayıt

Sumqayıt Regional idarəsi

Xaçmaz

Xaçmaz Regional idarəsi

İsmayıllı

İsmayıllı Regional idarəsi

Şəki

Şəki Regional idarəsi

Kürdəmir

Kürdəmir Regional idarəsi

Ağstafa

Ağstafa Regional idarəsi

Şəmkir

Şəmkir Regional idarəsi

Gəncə

Gəncə Regional idarəsi

Bərdə

Bərdə Regional idarəsi

Ağcabədi

Ağcabədi Regional idarəsi

Ağdaş

Ağdaş Regional idarəsi

Sabirabad

Sabirabad Regional idarəsi

Biləsuvar

Biləsuvar Regional idarəsi

Masallı

Masallı Regional idarəsi

Lənkəran

Lənkəran Regional idarəsi